Tramp aparat rəhbərinin Ağ Evə girişini qadağan etdi

Tramp aparat rəhbərinin Ağ Evə girişini qadağan etdi
  07 Yanvar 2021    Oxunub:1069
Amerikanın hazırkı lideri Donald Tramp seçkilərin nəticələrinin təsdiqlənməsinə müdaxiləni rədd edən ABŞ-ın vitse-prezidenti Maykl Pensin aparat rəhbəri Mark Şortun Ağ Evə girişini qadağan edib.
Azvision.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Hazırda ABŞ Konqresində prezident seçkilərinin nəticələrini təsdiqləməli olan iki palatanın iclası keçirilir. Amerika qanunlarına görə, sessiyaya Pens rəhbərlik edir.

Pens iclasdan əvvəl Trampın təzyiqləri fonunda qanunverici orqanlara seçkilərin nəticələrinə etiraz etmək səlahiyyətinin olmadığını vurğulayan məktub göndərib. Onun sözlərinə görə, yeni dövlət başçısı demokrat Cozef Bayden olmalıdır.

NBC kanalı Şortun seçkinin nəticələrinin təsdiqlənməsi mövzusunda Pensə məsləhət verdiyi barədə məlumat yayıb.

Trampın fikrincə, Pensin ölkə konstitusiyasının müdafiəsi üçün cəsarəti yoxdur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MayklPens  





Xəbər lenti