ABŞ Konqresini Ermənistan parlamentinə bənzətdilər

ABŞ Konqresini Ermənistan parlamentinə bənzətdilər
  07 Yanvar 2021    Oxunub:1280
Dünən axşam saatlarından başlayaraq ABŞ Konqresinin binasında baş verən hadisələr erməni KİV-lərində kinayəli bənzətmə ilə işıqlandırılır.
Azvision.az xəbər verir ki, erməni jurnalistlər “Nikolizm”in Amerikaya da sıçradığını yazırlar.

“Blognews”da gedən məqalədə deyilir ki, Nikol Paşinyan kimi Donald Tramp da məğlubiyyətini qəbul edə bilmir. Həmçinin qeyd edilir ki, ABŞ Konqresi hazırda 2 ay əvvəlki Ermənistan parlamentinə bənzəyir.

“Onda da xalq binaya daxil olaraq oxşar hərəkətlərə yol vermişdi. Görünür, “Nikolizm” bəlası bütün dünyaya yayılmağa başlayır, ayrı-ayrı ölkələrdə hakimiyyətlər artıq belə bir sindromdan əziyyət çəkirlər”,- deyə məlumatda bildirilib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Konqres   Ermənistan  





Xəbər lenti