Ermənistanda virusa yoluxma sayı 161 mini ötdü

Ermənistanda virusa yoluxma sayı 161 mini ötdü
  07 Yanvar 2021    Oxunub:1276
Ermənistanda son sutka ərzində daha 201 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 161 054 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 11 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2901-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 695 nəfərdir. Hazırda ölkədə 11 695 aktiv koronavirus xəstəsi var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti