Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü - FOTO

 Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü -  FOTO
  07 Yanvar 2021    Oxunub:1506
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb.

Azvision.az xəbər verir ki, bu barədə səfir “Twitter” səhifəsində paylaşım edib.
O bildirib ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

“2021-ci ildə və gələcəkdə Pakistan-Azərbaycan dostluğunun daha da gücləndirilməsini gözləyirəm”, - deyə səfir qeyd edib.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hikmət-Hacıyev   Pakistan   Səfir  





Xəbər lenti