Rusiyada koronavirusdan ölənlərin sayı 60 mini keçdi

Rusiyada koronavirusdan ölənlərin sayı 60 mini keçdi
  07 Yanvar 2021    Oxunub:1269
Rusiyada son sutka ərzində koronavirusa 23 541 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 332 142 nəfərə çatıb.

Rusiyada bir gündə 506 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 60 457 nəfərdir. İndiyədək 2 709 452 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus   Rusiya  





Xəbər lenti