Azərbaycan, Türkiyə və Gürcüstan nazirləri görüşəcək

Azərbaycan, Türkiyə və Gürcüstan nazirləri görüşəcək
  25 Mart 2013    Oxunub:1476
Martın 28-də Batumi şəhərində Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin növbəti, ikinci üçtərəfli görüşü keçiriləcək.
“Qruziya Online” saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstan xarici işlər nazirinin müavini David Calaqaniya Tiflisdə keçirdiyi brifinqdə deyib.

D. Calaqaniya xatırladıb ki, üçtərəfli görüşlərin əsası 2012-ci il iyunun 8-də üç ölkənin xarici siyasət idarələri rəhbərlərinin Trabzon görüşündə imzalanmış Bəyannamə ilə qoyulub. Bəyannamə iqtisadiyyat, infrastruktur, nəqliyyat, mədəniyyət və humanitar sahə kimi vacib əməkdaşlıq istiqamətlərini müəyyən edir.

Batumi görüşündə 2013-2015-ci illər üzrə idarələrarası əməkdaşlıq planı qəbul olunacaq. APA bildirir ki, iqtisadiyyat, energetika, təhsil, mədəniyyət, ətraf mühitin mühafizəsi, gənclər və idman sahələrini əhatə edən planda konkret təşəbbüslər və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Görüşün sonunda yekun Protokol imzalanacaq. Növbəti görüşün 2013-cü ilin ikinci yarısında Azərbaycanda keçirilməsi planlaşdırılır.



Teqlər:





Xəbər lenti