2527 müəllimə güzəşt ediləcək

2527 müəllimə güzəşt ediləcək
  14 Fevral 2014    Oxunub:1202
Təhsil Nazirliyi bölgələrə işləmək üçün göndəriləcək müəllim yerlərinin sayını açıqlayıb. Təhsil Nazirliyindən anspress-in sorğusuna cavab olaraq bildirilib ki, cari dərs ilində güzəşt və həvəsləndirmə tədbirləri tətbiq edilən yerlərin sayı 2527-yə çatdırılıb. “Ötən illərdə belə yerlərin sayı 800 təşkil edirdi”,- deyə nazirlikdən göndərilən məlumatda qeyd olunub.

Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli 67 nömrəli qərarında gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması məqsədilə yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərilməsi nəzərdə tutulub.



Teqlər:  





Xəbər lenti