Merkel Vaşinqtondakı hadisələrə münasibət bildirdi

Merkel Vaşinqtondakı hadisələrə münasibət bildirdi
  07 Yanvar 2021    Oxunub:1183
Almaniya kansleri Angela Merkel Vaşinqtonda baş vermiş hadisələrin təəssüf doğurduğunu bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə Merkel jurnalistlərə açıqlamasında deyib.

"Hamımız dünən axşam Konqresdəki narahatlıq doğuran mənzərəni gördük, bu, məndə əsəb və kədər yaratdı. Əminəm ki, ABŞ-ın əksər dostları, Amerika demokratik ənənələrinə heyran olan milyonlarla insan özünü mənim kimi hiss edib", - deyə Merkel əlavə edib.

O, Prezident Trampın noyabr ayından bəri (ABŞ-dakı prezident seçkilərindən) məğlubiyyətini qəbul etməməsinə və dünən bunu etiraf etməməsinə çox üzüldüyünü söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AngelaMerkel  





Xəbər lenti