Tramp hakimiyyəti Baydenə ötürəcəyini bəyan etdi

Tramp hakimiyyəti Baydenə ötürəcəyini bəyan etdi
  07 Yanvar 2021    Oxunub:1818
ABŞ-ın hazırkı Prezidenti Donald Tramp Konqres tərəfindən rəsmi olaraq təsdiqlənən seçkilərin nəticələri ilə razılaşmasa da, hakimiyyətin 20 yanvarda ötürülməsi baş tutacaq.

Azvision.az xəbər verir ki, bu barədə ABŞ liderinin köməkçisi Deniel Skavino dövlət başçısı adından “Twitter”də yazıb.
“Seçkilərin nəticəsi ilə tamamilə razılaşmasam da, hakimiyyətin ötürülməsi 20 yanvarda lazımi qaydada həyata keçiriləcək".

Bu gün ABŞ Konqresinin Senatı və Nümayəndələr Palatası Trampın rəqibi demokrat Cozef Baydenin qələbəsini təsdiqləyib.

Xatırladaq ki, sosial şəbəkələrdə Trampın hesabları dondurulub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp   Seçki  





Xəbər lenti