Kirill Qarabağ məsələsində dini liderlərin rolundan danışdı

 Kirill Qarabağ məsələsində dini liderlərin rolundan danışdı
  07 Yanvar 2021    Oxunub:1442
Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Qarabağ məsələsinə dair danışıqlarda dini liderlərin rolunu nəzərə almağa çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə Kirill “Rossiya-1” kanalına müsahibəsində deyib.

Kirill xatırladıb ki, onun təşəbbüsü ilə ermənilərin katolikosu II Qaregin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Qarabağ probleminə dair bir neçə mərhələdə müzakirələr keçirib, tərəflər təmasların davam etməsi üçün razılığa gəliblər.

"Düşünürəm ki, danışıqların əsas nəticəsi arxasında xalqın əksəriyyətinin dayandığı iki dini liderin bir-biri ilə danışmasıdır. Bu söhbət heç bir ittiham, gərginlik olmadan çox sakit keçib”.

Patriarx hər iki tərəfin səmimi şəkildə dilə gətirdikləri öz arqumentləri olduğunu söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti