Misir Rusiyadan 3 milyard dəyərində silah alacaq
Danışıqlarda o cümlədən dəyəri 1,3 milyard dollar olan 24 MiQ-29 qırıcıları və “Buk-M2”, Tor M2” zenit-raket komplekslərinin Misirə satılması müzakirə olunub.
Misir mətbuatının məlumatına görə, silahların daşınmasına üçün lazım olan maliyyə vəsaitini Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri həyata keçirəcək. Müqaviləyə uyğun olaraq ilk silahlar 2014-cü ilin iyuluna qədər təhvil veriləcək.
Xatırladaq ki, Misirin faktiki rəhbəri olan Əbdül-Fəttah əs-Sisi Xarici İşlər naziri Nabil Fəhminin müşayəti ilə Moskvada rəsmi səfərdədir. Rəsmi Qahirə Moskvanı hərbi müttəfiqi kimi ABŞ-ın yerində görmək istəyir. Rusiyadan alınacaq silahlar ölkənin Hava Hücumundan Müdafiə Sistemini gücləndirmək və xarici hücumlardan qorunmaq qabiliyyətini artıracaq.
Vüqar İsmayılov
Teqlər: