Pens Trampın vaxtından əvvəl getməsini istəmir

 Pens Trampın vaxtından əvvəl getməsini istəmir
  08 Yanvar 2021    Oxunub:1585
ABŞ-ın vitse-prezidenti Mayk Pens hazırkı ölkə başçısı Donald Trampın hakimiyyətdən vaxtından əvvəl uzaqlaşdırılması üçün ölkə Konstitusiyasında 25-ci düzəlişin müddəalarından istifadə edilməsini dəstəkləmir.
Azvision.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Qeyd edilib ki, Pens və bir sıra kabinet üzvləri belə qərarın ölkədəki xaosu gücləndirə biləcəyini hesab edirlər.

Bundan əvvəl ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi və demokratların Senatdakı lideri Çak Şumer Kapitolidəki iğtişaşlar fonunda Trampı vəzifəsindən kənarlaşdırma hüququ verən Konstitusiyanın 25-ci düzəlişindən istifadə edilməsi üçün Pensə müraciət edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DonaldTramp  



Xəbər lenti