Bayden iki önəmli posta namizədini açıqladı

Bayden iki önəmli posta namizədini açıqladı
  08 Yanvar 2021    Oxunub:1774
ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden Rod-Aylend ştatının qubernatoru Cina Raymondu Ticarət naziri vəzifəsinə, Boston (Massaçusets ştatı) meri Martin Uolşı isə Əmək naziri vəzifəsinə namizəd göstərib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Baydenin keçid komandasının saytında məlumat yerləşdirilib.

Raymondo və Uolş demokratdırlar. Raymondo uzun illər investisiya sahəsində bizneslə məşğul olub. 2015-ci ildən qubernatordur. O, koronavirus pandemiyası dövründə ştatın iqtisadiyyatının ölkəni bürüyən böhrandan sürətlə xilas olmasını təmin etmək üçün çalışıb.

Uolş 2014-cü ildən Boston meridir. Bundan əvvəl, xüsusilə inşaatçıları birləşdirən böyük bir həmkarlar ittifaqının rəhbərlərindən olub. O, ölkədə minimum əmək haqqının artırılması və işçilərə müxtəlif güzəştlərin verilməsi təklifini irəlii sürüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Bayden   Nazir  



Xəbər lenti