200-dən çox konqresmen Trampın istefasını tələb edir
Azvision.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Xatırladaq ki, 6 yanvarda ABŞ-ın hazırkı Prezidenti Donald Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq Konqresin binasına hücum ediblər. Həmin gün Konqresdə seçkilərin nəticələrinin təsdiqlənməsi üçün iclas keçirilirdi. İğtişaşlar nəticəsində dörd nəfər həlak olub. Vaşinqton meri Myuriel Bauzer komendant saatının tətbiqi barədə göstəriş verib.
Son məlumatlara görə, Trampın 55 tərəfdarına ittiham irəli sürülüb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: DonaldTramp







Vaxtında, Aydın, Lazımlı!


