Ermənistanda əsgər valideynləri oturaq aksiya keçirir - VİDEO
Döyüş meydanında darmadağın olmuş erməni ordusunun əsgər və zabitlərinin bir hissəsinin itkin düşməsi, onların 2 ay keçməsinə baxmayaraq, hələ də tapılmaması xalqın qəzəbini alovlandırır.
Bu səbəbdən də övladlarından xəbər ala bilməyən əsgər valideynləri hökumətə qarşı kütləvi etirazlar keçirməklə öz narazılıqlarını ifadə edirlər.
Dünən gecə saatlarında bir qrup əsgər yaxını oturaq aksiya keçirmək qərarına gəlib. Müharibədə itkin düşən hərbçilərin ailə üzvləri Eçmiədzindəki hərbi hissənin qarşısında toplaşıblar. Onlar buradan uzaqlaşmayacaqlarını deyiblər. Etirazçılar özləri üçün qaz balonu və digər əşyalar gətiriblər.
Etirazçı valideynlər hərbi hissə rəhbərliyindən itkinlərlə bağlı dəqiq məlumat verilməsini tələb edirlər.
Tural Tağıyev
Azvision.az
Teqlər: Etiraz İtkin Eçmiədzin Əsgər







Vaxtında, Aydın, Lazımlı!


