Vaşinqtondakı iğtişaşlarda yaralanan polis öldü

Vaşinqtondakı iğtişaşlarda yaralanan polis öldü
  08 Yanvar 2021    Oxunub:1469
Vaşinqtondakı iğtişaşlar zamanı xəsarət almış polis əməkdaşı Brayan Siqnik vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Amerikalı zabit 6 yanvar tarixində etirazçılarla toqquşmada yaralanıb, bir gün sonra xəstəxanada ölüb.

O, Konqres binasına basqın zamanı ölən beşinci şəxsdir. Faktla bağlı istintaq başladılıb. Ümumilikdə isə Vaşinqtonda Kapitoli binası ətrafında baş vermiş iğtişaşlarda 50-dən çox polis əməkdaşı xəsarət alıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Vaşinqton   Polis  



Xəbər lenti