Məcburi köçkünlərin 90 faizdən çoxu qayıtmaq istəyir

Məcburi köçkünlərin 90 faizdən çoxu qayıtmaq istəyir
  08 Yanvar 2021    Oxunub:2609
Vətən müharibəsindən sonra doğma yurd-yuvalarına qayıtmaq üçün komitəyə müraciətlərin sayı artıb. Gündəlik olaraq minlərlə belə müraciət daxil olur.
Azvision.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

O qeyd edib ki, məcburi köçkünlər daimi məskunlaşma ilə yanaşı, Qarabağın yenidən canlandırılması, orada bərpa və quruculuq işlərində fəal iştirak etmək niyyətini gündəlik müraciətlərində bildirirlər.

“Müxtəlif beynəlxalq təsisatlar, özəl şirkətlər və dövlət qurumları, eləcə də bu yaxınlarda Sosial Tədqiqatlar Mərkəzi tərəfindən məcburi köçkünlərin qayıdışı ilə bağlı sorğu keçirilib. Sorğuların yekdil nəticəsinə əsasən, məcburi köçkün və qaçqın soydaşlarımızın mütləq əksəriyyəti, 90 faizdən çoxu doğma torpaqlarına qayıtmaq niyyətindədir. Dövlət başçısının qərarı məcburi köçkün və qaçqınlar arasında hərtərəfli, genişmiqyaslı sorğu keçirməkdir. Bununla bağlı tapşırıqlar verilib.

Dövlət komitəsi olaraq həmin sorğunun anketinə daxil olacaq suallar üzərində işləyəcəyik. Müxtəlif təkliflər hazırlanır. Bu, böyük sosialoji tədiqatın predmetidir. Burada əsas məqsəd məburi köçkünlərin niyyətini öyrənmək, digər tərəfdən isə hər bir rayon, kənd, qəsəbə üzrə sosial iqtisadi profili yaratmaqdır. Dövlət komitəsində məcburi köçkünlərə dair vahid elektron baza mövcuddur”.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti