Koronavirusa yoluxanların sayı 90 milyona çatır
Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatına əsasən, dünyada son sutkada 771 527 nəfər koronavirusa yoluxub, 13 696 nəfər ölüb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 22 456 902 nəfər virusa yoluxub, 378 149 pasiyent dünyasını dəyişib.
İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 432 526 yoluxma qeydə alınıb. Onlardan 150 835 nəfəri vəfat edib.
Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 8 015 920 nəfərdə virus aşkar edilib. Xəstələrdən 201 542 nəfəri həyatını itirib.
Dördüncü yerdə qərarlaşan Rusiyada 3 355 794 yoluxma, 60 911 ölüm faktı qeydə alınıb.
Siyahıda beşinci olan Böyük Britaniyada 2 957 472 nəfər virusa yoluxub ki, onlardan 79 833-ü ölüb.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.
Azvision.az
Teqlər: Koronavirus Statistika







Vaxtında, Aydın, Lazımlı!


