Hindistanda xəstəxanada yanğın, 10 körpə ölüb

Hindistanda xəstəxanada yanğın,  10 körpə ölüb
  09 Yanvar 2021    Oxunub:1817
Hindistanın Bhandara şəhərindəki xəstəxananın doğum şöbəsində yanğın baş verib.
Azvision.az xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb. Yanğın zamanı şöbədə 17 yeni doğulmuş körpə olub və onların yalnız yeddisinin həyatını xilas etmək mümkün olub.

Hadisə xəstəxanasının yeni doğulmuş xəstə körpələrin müalicə aldığı bölmədə baş verib. Hazırda yanğının baş vermə səbəbi araşdırılır. İlkin ehtimala əsasən, yanğına elektrik xətlərindəki qısaqapanma səbəb olub.

Azvision.az


Teqlər: Hindistan  



Xəbər lenti