“Twitter” Trampın səhifəsini birdəfəlik bağladı

 “Twitter” Trampın səhifəsini birdəfəlik bağladı
  09 Yanvar 2021    Oxunub:2170
“Twitter” sosial şəbəkəsinin rəhbərliyi cümə günü ABŞ Prezidenti Donald Trampın şəxsi hesabına girişi birdəfəlik başlayıb.

Azvision.az “TASS”a istinadən xəbər verir ki, sosial şəbəkə rəhbərliyi şiddətə yeni təhrik etmə təhlükəsi səbəbindən bu addımı atıb.
Qərar Amerika liderinin hesabındakı son mesajlar diqqətlə nəzərdən keçirildikdən sonra verilib. Bunun ardınca Trampın seçki qərargahının hesabı da bloklanıb.

Xatırladaq ki, həmin hesabda Trampın şəxsi səhifəsinin bloklanması ilə bağlı tənqidi fikirlər yer almışdı.

“Hesaba giriş dayandırıldı. “Twitter” qaydalarını pozan hesablara girişi dayandırır”, -deyə açıqlamada vurğulanıb.

Respublikaçı prezident, həmçinin "Twitter"ə alternativ platforma yaratmaq imkanını açıqlayıb. Trampın bu mesajı ABŞ Prezidentinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib, ancaq dərhal sosial şəbəkənin moderatorları tərəfindən silinib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DonaldTramp  



Xəbər lenti