85 yaşlı kral peyvənd olundu

85 yaşlı kral peyvənd olundu
  09 Yanvar 2021    Oxunub:1714
Səudiyyə Ərəbistanı Kralı Salman bin Abdul Əziz Al Səuda koronavirusa qarşı peyvənd vurulub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, peyvənddən sonra 85 yaşlı kralın səhhəti barədə məlumat verilməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında “Pfizer/BioNTech” istehsalı olan peyvəndlər ötən ilin dekabrında qeydiyyatdan keçirilib. Ölkədə peyvəndləmə dekabrın 17-də başlayıb. Dövlət rəsmilərindən ilk olaraq dekabrın 25-də Səudiyyə vəliəhdi, Baş nazirin birinci müavini və müdafiə naziri Məhəmməd bin Salman Al Səud peyvənd edilib.

Azvision.az


Teqlər: Kral   Peyvənd  



Xəbər lenti