ABŞ-da silahlara nəzarət edən məmur istefa verdi

ABŞ-da silahlara nəzarət edən məmur istefa verdi
  09 Yanvar 2021    Oxunub:1259
ABŞ dövlət katibinin beynəlxalq təhlükəsizlik və kütləvi qırğın silahlarının yayılmaması üzrə köməkçisi Kristofer Ford istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, Ford istefa məktubunda 15 yanvar tarixində hazırkı vəzifəsində fəaliyyətini bitirəcəyini yazıb.

Bundan əlavə, Ford Dövlət Departamentində çalışmağın onun üçün böyük bir şərəf olduğunu vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   İstefa  



Xəbər lenti