Xankəndində hər gün minə yaxın partlayıcı məhv edilir
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya sülhməramlılarının nümayəndəsi bildirib.
Sülhməramlıların nümayəndəsi deyib ki, poliqon bölgədə yeganədir və yaşayış massivlərindən, ümumi istifadə olunan yollardan təhlükəsiz məsafədə yerləşir: "Bu obyektdə təlimatlara uyğun olaraq bütün normalar, tələblər və qaydalara əməl edilir”.
Məlumata görə, indiyədək Rusiya mühəndis bölmələri 22,5 mindən çox sursat aşkarlayaraq məhv edib.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


