“Növbəti həftələr pandemiyanın ən ağır mərhələsi olacaq” - Merkel

“Növbəti həftələr pandemiyanın ən ağır mərhələsi olacaq” -  Merkel
  09 Yanvar 2021    Oxunub:2681
Qışın qarşıdakı həftələri Almaniyada koronavirus pandemiyasının inkişafı baxımından ən çətin mərhələ olacaq.
Azvision.az xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel deyib.

O bildirib ki, bu, Almaniyanın və bir çox Avropa ölkəsinin yaşadığı pandemiyanın ikinci təhlükəli dalğasıdır: “Qışın növbəti həftələri, böyük ehtimalla, pandemiyanın ən ağır mərhələsi olacaq".

Merkelin sözlərinə görə, bir çox xəstəxanadakı həkimlər və tibb işçiləri son imkanlarına qədər çalışırlar:

“Milad və Yeni il tətilində artan yoluxmaların nəticələrini hələ hesablaya bilmərik. Hədəfimiz aydındır - yeni yoluxmaları yeddi gündə 100 min əhaliyə 50 hal səviyyəsinə və ya bundan da aşağı həddə azaltmaq".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Merkel   Koronavirus  



Xəbər lenti