Azvision.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində itkin düşməsi barədə məlumat paylaşılan xarici ölkə vətəndaşlarından biri Maral Nadjaryandır. O, həyat yoldaşı ilə birlikdə Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün Livandan Qarabağa gəlib.
Məlumata görə, Nadjaryan Şuşa şəhərində itkin düşüb.
“Fotodakı şəxs livan ermənisi Maral Nadjaryandır. O, Şuşada itkin düşüb. Ehtimal edilir ki, hazırda əsirdir. Müharibə vaxtı Maral “vətəni” xilas etmək üçün Qarabağa gəlib. Evin kişisi düşmən tərəfindən öldürülüb, Maral isə itkin düşüb”, - deyə Armin Danielyan adlı erməni bildirib.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


