Liya Axedjakova xəstəxanaya yerləşdirilib

Liya Axedjakova xəstəxanaya yerləşdirilib
  09 Yanvar 2021    Oxunub:2536
Rusiyanın xalq artisti Liya Axedjakova xəstəxanaya yerləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Moskvanın “Sovremennik” Teatrının mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, görkəmli aktirsa koronavirusa yoluxub. Hazırda onun səhhəti normaldır, özünü yaxşı hiss edir.

Rusiyanın xalq artisti Liya Axedjakova “İşdə sevgi macərası”, “Qəribə təsadüf”, “Qaraj” filmlərinin təkrarolunmaz qəhrəmanı kimi yaddaşlarda qalıb. Liya Axedjakova 50 filmdə çəkilib.

Bundan əvvəl Liya Axedjakova sosial media hesabında Azərbaycanla bağlı foto paylaşıb. O, ''Qarabağ - Azərbaycan'' şüarının yazıldığı fotosu ilə vətənimizə dəstəyini nümayiş etdirib.




Azvision.az



Teqlər: Rusiya   Aktrisa  





Xəbər lenti