ABŞ-da son sutkada 3456 nəfər virusdan öldü

ABŞ-da son sutkada 3456 nəfər virusdan öldü
  09 Yanvar 2021    Oxunub:1498
ABŞ-da son 24 saat ərzində koronavirusa 283 204 yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə virusa yoluxmadan daha 3456 nəfər ölüb.

Epidemiyanın başlanğıcından bəri 21,8 milyondan çox koronavirusa yoluxma faktı aşkarlanıb, 368 mindən çox virus daşıyıcısı vəfat edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus   ABŞ  



Xəbər lenti