Almaniyada karantin müddəti uzadılır

Almaniyada karantin müddəti uzadılır
  09 Yanvar 2021    Oxunub:1301
Almaniyanın bəzi federal əyalətləri sərt karantin rejiminin uzadılması barədə qərar qəbul edib.
Azvision.az xəbər verir ki, Almaniya Federasiyasının mərkəzi və tərkib hissələri arasında illik müşavirənin yekunlarına əsasən, karantin müddətinin uzadılıb-uzadılmaması, karantinin sərtləşdirilməsi, yoxsa əksinə, yüngülləşdirilməsi barədə qərarın verilməsi əyalətlərin ixtiyarına buraxılıb.

Saksoniyada yerli əyalət hökuməti karantin müddətinin fevralın 7-dək uzadılması barədə dünən qərar qəbul edib. Ölkənin almanlar tərəfindən “Azad dövlət” adlandırılan bu hissəsində sakinlər arasında kontakt zamanı əlavə məhdudiyyətlər tətbiq edilə bilər. Bu qaydalar epidemioloji vəziyyətin pisləşməsi barədə həyəcanlı məlumatlar araya çıxandan sonra koronavirusun yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.

Azvision.az


Teqlər: Almaniya   Karantin  



Xəbər lenti