Britaniya kraliçası koronavirusa qarşı peyvənd olundu

Britaniya kraliçası koronavirusa qarşı peyvənd olundu
  09 Yanvar 2021    Oxunub:1439
Britaniya kraliçası II Elizabet və həyat yoldaşı, Edinburq hersoqu Filip koronavirusa qarşı peyvənd olunublar.
Azvision.az xəbər verir ki, bu barədə Bukingem sarayı məlumat yayıb.

Peyvəndləmə kraliçanın və həyat yoldaşının özlərini təcrid etdikləri Vindzor qəsrində baş tutub.

Kraliçanın hazırda 94, şahzadə Filipin 99 yaşı var.

Qeyd edək ki, Britaniyada vaksinasiya dekabrda başlayıb. Hələlik peyvəndlər yalnız risk qrupundan olan insanlar üçün əlçatandır. İlk növbədə qocalar evlərinin sakinləri və işçiləri, yaşı səksəni keçən insanlar və həkimlər peyvənd olunurlar.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  





Xəbər lenti