Britaniyada virusdan ölənlərin sayı 80 mini keçdi

Britaniyada virusdan ölənlərin sayı 80 mini keçdi
  10 Yanvar 2021    Oxunub:1250
Böyük Britaniyada son sutka ərzində 59 937 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların sayı 3 017 409 nəfərə çatıb. Ötən 24 saatda daha 1035 pasiyent dünyasını dəyişib.

Bununla da Britaniyada pandemiya qurbanlarının sayı 80 868-ə yüksəlib.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus   Pandemiya   Yoluxma  





Xəbər lenti