Türkiyənin COVID-19 statistikası - Yoluxmalar azalır

 Türkiyənin COVID-19 statistikası -    Yoluxmalar azalır
  10 Yanvar 2021    Oxunub:2637
Türkiyədə son sutka ərzində 181 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 9537 yeni yoluxma halı qeydə alınıb. Ölkədə pandemiya qurbanlarının sayı 22 631, virusa yoluxanlar isə 2 317 118 nəfərə çatıb. Türkiyədə indiyədək 2 190 047 pasiyent (son sutkada 7902 nəfər) sağalaraq evə buraxılıb.

Qeyd edək ki, son günlər bu ölkədə koronavirusdan ölənlərin sayında azalma müşahidə edilir.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti