Terrorçularla atışmada türk əsgəri şəhid oldu, ikisi yaralandı

 Terrorçularla atışmada türk əsgəri şəhid oldu,    ikisi yaralandı
  10 Yanvar 2021    Oxunub:3104
Türkiyənin Diyarbəkir vilayətində terrorçularla hərbçilər arasında atışma olub.
Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Liçə rayonunda baş vermiş hadisə nəticəsində üç hərbçi yaralanıb.

Xəstəxanaya çatdırılan yaralı hərbçilərdən birinin həyatını xilas etmək mümkün olmayıb. Digər iki yaralının müalicəsi davam edir.

Hazırda bölgədə antiterror əməliyyatı həyata keçirilir. Türkiyə DİN əraziyə əlavə qüvvə göndərib.

Azvision.az


Teqlər: Türkiyə   Hərbçi   Şəhid  





Xəbər lenti