Qırğızıstan sabah yeni prezidentini seçəcək

Qırğızıstan sabah yeni prezidentini seçəcək
  10 Yanvar 2021    Oxunub:2060
Sabah Qırğızıstanda növbədənkənar prezident seçkiləri və ölkədə idarəçilik formasının müəyyənləşdirilməsi ilə bağlı referendum keçiriləcək.
Azvision.az xəbər verir ki, prezident postu uğrunda 17 namizəd mübarizə aparacaq.

Bundan əlavə, vətəndaşlar hansı idarəetmə formasına – prezident, yoxsa parlament üsul-idarəsinə üstünlük verdikləri barədə seçim edəcəklər.

Seçki günü ölkə ərazisində 2470, xaricdə isə 48 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Azvision.az


Teqlər: Qırğızıstan   Seçki   Prezident  





Xəbər lenti