“Türkiyənin gələcəyi Avropadadır” - Ərdoğandan mesaj

   “Türkiyənin gələcəyi Avropadadır” -    Ərdoğandan mesaj
  10 Yanvar 2021    Oxunub:2329
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında videoformatda görüş keçirilib.

Azvision.az xəbər verir ki, görüşdə Türkiyə-Avropa İttifaqı ölkələri arasında əlaqələrin inkişafına dair prespektivlər müzakirə edilib.
Ərdoğan Aİ-nin rəsmi Ankaranın gündəmində prioritet məsələ olduğunu və Türkiyənin gələcəyini Avropada gördüyünü bildirib.

Bundan əlavə, Türkiyə lideri Avropa İttifaqı ilə münasibətlərdə yeni bir səhifə açmaq istədiklərini diqqətə çatdırıb.

Görüş zamanı qeyd olunub ki, Türkiyə ilə Aİ ölkələri arasında yüksək səviyyəli görüşlərin yenidən başladılması faydalıdır. Təmaslar bundan sonra da davam etdiriləcək.

Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti