Sadır Japarov prezident seçkilərində qalib gəlir - YENİLƏNİB
Bildirilir ki, seçki məntəqələrinin 90,06 faizində səslər hesablanıb. Japarov 79,15 faiz səslə liderdir. İlkin məlumata görə, 1 milyon 213 min 16 seçici səsvermə prosesində iştirak edib.
***
Bu gün Qırğızıstanda keçirilən referendum baş tutmuş hesab olunur.
Azvision.az xəbər verir ki, bunu Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şaydabekova deyib.
MSK sədri bildirib ki, saat 18.00-a olan məlumata görə, prezident seçkilərinə seçicilərin 33,13, referenduma 33,08 faizi səs verib. Bu da prezident seçkilərində 1 milyon 180 min 515, referenduma isə 1 milyon 778 min 656 səs deməkdir.
Qırğızıstan qanunlarına əsasən, seçicilərin 30 faizindən çoxu səs verdikdə referendum baş tutmuş hesab olunur.
***
(09:16)
Bu gün Qırğızıstanda növbədənkənar prezident seçkiləri keçirilir.
Azvision.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb.
Ölkə üzrə 3 milyon 563 mindən çox seçici qeydə alınıb. Prezident postu uğrunda 17 namizəd mübarizə aparır.
Qırğızıstanda prezident seçkiləri ilə eyni vaxtda referendum da keçirilir. Vətəndaşlar hansı idarəetmə formasına – prezident, yoxsa parlament üsul-idarəsinə üstünlük verdikləri barədə sualı cavablandıracaqlar.
Qeyd edək ki, ölkənin bundan əvvəlki rəhbəri Sooronbay Jeenbekov 2020-ci il oktyabrın 15-də istefa verib.
Azvision.az
Teqlər: Seçki Qırğızıstan







Vaxtında, Aydın, Lazımlı!


