Dənizə düşən təyyarənin qalıqları tapıldı

Dənizə düşən təyyarənin qalıqları tapıldı
  10 Yanvar 2021    Oxunub:1663
İndoneziyada qəzaya uğrayaraq Yava dənizinə düşən sərnişin təyyarəsinin qalıqları tapılıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrindən bildirilib.

Məlumata görə, təyyarənin qalıqları Laki və Lankanq adaları arasında aşkar edilib. Hazırda qalıqların sahilə çıxarılmasına çalışılır.

Xatırladaq ki, ötən gün İndoneziyanın "Sriwijaya Air" şirkətinə məxsus sərnişin təyyarəsi Yava dənizində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 nəfər - 10 uşaq daxil olmaqla 53 sərnişin və 12 ekipaj üzvü olub.

Azvision.az


Teqlər: Dəniz   Təyyarə  





Xəbər lenti