Qazaxıstan yeni parlamentini seçir

Qazaxıstan yeni parlamentini seçir
  10 Yanvar 2021    Oxunub:1625
Qazaxıstanda parlamentin aşağı palatasına seçkilər keçirilir.
Azvision.az xəbər verir ki, ölkə üzrə səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.

Seçki prosesi pandemiya qaydalarına uyğun təşkil olunub. Seçki məntəqələrində sanitariya qurğuları yerləşdirilib.

Məlumata görə, deputat mandatı uğrunda 6 siyasi partiya - “Qazaxıstan Xalq Partiyası”, “Nur Otan”, “Auıl” Xalq Demokratik partiyası, “Ak Jol” Demokratik partiyası və “Adal” partiyası mübarizə aparır.

Parlament seçkilərində 11 milyondan çox vətəndaşın səs verəcəyi gözlənilir. Hazırda səsvermə davam edir.

Azvision.az


Teqlər: Qazaxıstan   Parlament   Seçki  





Xəbər lenti