Trampın tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma

 Trampın tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma
  10 Yanvar 2021    Oxunub:1604
ABŞ-ın hazırkı Prezidenti Donald Trampın San-Dieqodakı tərəfdarlarının mitinqi Amerikan anti-faşistlərinin "Antifa" hərəkatını təmsil edən rəqibləri ilə toqquşmalara gətirib çıxarıb.
Azvision.az "Associated Press"ə istinadən xəbər verir ki, polis toqquşmaların qarşısını almaq üçün növbəti dəfə mitinq keçirilməsini qadağan edib.

Ağ Evin hazırkı rəhbərinin tərəfdarlarının "Vətənpərvər yürüş"ü onların rəqibləri arasında narazılığa səbəb olub və qarşıdurma yaşanıb. Bundan sonra polis Trampçıları və əleyhdarlarını müxtəlif istiqamətlərə sıxışdıraraq insidentin qarşısını alıb və aksiyanı zorakılıq hallarına görə qanunsuz elan edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Tramp   aksiya  





Xəbər lenti