Gürcüstanda qocalar evində virus yayılıb – 5 ölü
Gürcüstanın İmereti regionunda "Müqəddəs Ktevan" qocalar evində 5 nəfər dünyasını dəyişib. AzVision.az Trend-ə istinadən xəbər verir ki, qocalar evindən jurnalistlərə bildirilib ki, onların ölümünə virus infeksiyası səbəb olub.
İlkin məlumatlara görə, ölümə səbəb kimi "donuz qripi" göstərilir. Lakin dəqiq məlumat aparılacaq ekspertizadan sonra məlum olacaq.
Daha bir neçə nəfərdə isə yüksək hərarət qeydə alınıb. Onların vəziyyəti ağır qiymətləndirilir.
Teqlər: