Pakistan qaranlığa qərq oldu

Pakistan qaranlığa qərq oldu
  10 Yanvar 2021    Oxunub:1881
Ötən gün axşam saatlarında Pakistan ərazisində elektrik enerjisinin verilməsində ciddi problem yaşanıb. İşıqsız qalan ölkə qaranlığa qərq olub.
Azvision.az xəbər verir ki, bu barədə Pakistan radiosu məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisini paylama sistemində texniki nasazlıq baş verib. Milli enerji şirkətində qəzanın səbəblərini araşdırmaq üçün komitə yaradılıb.

Hazırda ölkənin bəzi yerlərində enerji təchizatı bərpa edilib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Pakistan   işıq  





Xəbər lenti