ABŞ-da silahlı insident: 5 nəfər öldürüldü

ABŞ-da silahlı insident:  5 nəfər öldürüldü
  10 Yanvar 2021    Oxunub:1461
ABŞ-ın İllinoys ştatının Evanston şəhərində atışma olub. Silahlı insident zamanı 5 nəfər ölüb, 2 nəfər yaralanıb. Cinayətkar polis tərəfindən zərərsizləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Polisə hadisə barədə şənbə günü saat 17.30-da məlumat daxil olub. Belə ki, silahlı şəxs girov götürdüyü bir qadını güllələyib. Hadisə yerinə gələn polislərlə cinayətkar arasında atışma olub.

İnsident nəticəsində dördü polis olmaqla 5 nəfər ölüb. Digər ölən şəxs cinayətkardır. O, polis əməkdaşları tərəfindən öldürülüb. Girov götürülən qadın isə güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Yerli polisdən bildirilib ki, hazırda ərazidə heç bir təhlükə yoxdur.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Atışma   polis  





Xəbər lenti