Rusiyada koronavirusdan ölüm sayı 62 minə çatır

Rusiyada koronavirusdan ölüm sayı 62 minə çatır
  10 Yanvar 2021    Oxunub:1339
Rusiyada son sutka ərzində koronavirusa 22 851 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 401 954 nəfərə çatıb.

Rusiyada son sutkada 456 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 61 837 nəfərdir. İndiyədək 2 778 889 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti