İranda daha 4 nəfərdə “Britaniya ştammı” aşkarlandı

İranda daha 4 nəfərdə “Britaniya ştammı” aşkarlandı
  10 Yanvar 2021    Oxunub:2532
İranda daha 4 nəfərdə koronavirusun "Britaniya ştammı” aşkarlanıb.
Azvision.az xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Səid Namaki bildirib. Onun sözlərinə görə, virusa yoluxanlar Avropadan gələn bir ailənin üzvləridir.

Ümumilikdə isə İranda 5 nəfər koronavirusun daha təhlükəli növünə yoluxub. Bu ölkədə "Britaniya ştammı” ilk dəfə İngiltərədən gələn şəxsdə aşkar edilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   virus  



Xəbər lenti