İranda son sutkada COVID-19 71 can aldı

İranda son sutkada COVID-19 71 can aldı
  10 Yanvar 2021    Oxunub:1757
İranda son sutka ərzində daha 71 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 56 171 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 5968 nəfər artaraq 1 286 406-ya yüksəlib.

İranda indiyədək 1 074 887 pasiyent sağalıb, 4664 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   virus  



Xəbər lenti