“Taliban”a atılan bomba yaşayış binasına düşdü - Ölənlər var

“Taliban”a atılan bomba yaşayış binasına düşdü -  Ölənlər var
  10 Yanvar 2021    Oxunub:1683
Əfqanıstanda "Taliban" üzvlərinə qarşı əməliyyat zamanı 12 mülki şəxs ölüb, 2 nəfər yaralanıb.
Azvision.az -ın məlumatına görə, bu barədə Nimruza əyalət şurasının rəhbəri Baz Məhəmməd Nasir jurnalistlərə açıqlama verib.

Bildirilib ki, Əfqanıstan Hərbi Hava Qüvvələri ölkənin qərbindəki Nimruz vilayətinin Xaşrud bölgəsindəki "Taliban" hədəflərinə zərbələr endirib. Əməliyyat zamanı bombalardan biri yaşayış binasının üzərinə düşüb. Nəticədə 12 mülki şəxs ölüb, 2 nəfər yaralanıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Əfqanıstan   Taliban  



Xəbər lenti