London meri həyəcan təbili çalır

 London meri həyəcan təbili çalır
  10 Yanvar 2021    Oxunub:1962
London meri Sadiq Xan koronavirusa yoluxanların sürətlə artdığını və xəstəxanaların yaranmış vəziyyət qarşısında aciz qaldıqlarını bildirib.

Azvision.az -ın məlumatına görə, mer vəziyyətin həyəcan təbili çalmağa əsas verdiyini deyib.
"COVID-19 London xəstəxanalarını adekvat olmamaqla təhdid edir. Baş verənlər həyəcanvericidir. Ancaq bizim bunu dəyişmək, evdə qalaraq insanların həyatını xilas etmək imkanımız var. Bunu etmək insanların ölümcül xəstəliyə tutulmasının qarşısını alacaq", - deyən Sadiq Xan hazırda xəstəxanalarda 7 mindən çox pasiyentin müalicə aldığını vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniyada son sutka ərzində 1035 nəfər pandemiyanın qurbanı olub. Bununla da COVID-19-dan ölənlərin sayı 80 mini keçib. Virusa yoluxanların sayı isə 59 min 937 nəfər artaraq 3 milyyon 17 min 409-a yüksəlib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: COVID-19   BöyükBritaniya  



Xəbər lenti