“Paşinyana dəstək olmaq xalqa xəyanətdir” - Müxalifətdən çağırış
Siyasətçi müxalifət tərəfdarlarından qəzəblərini və hakim partiyadakı millət vəkillərinə etirazlarını bildirmələrini xahiş edib. Onun fikrincə, xainə dəstək olmağın özü də xəyanətdir.
"Qonşularınız, qohumlarınız və dostlarınızla danışın. Onlara Ermənistanın xilas yolunun xainin getməsi olduğunu izah edin. Bunsuz təhlükəsizlik və firavanlıq olmayacaq".
Onun sözlərinə görə, Ermənistanda 16 müxalifət partiyası tərəfindən yaradılan "Vətənin qurtuluşu" hərəkatı hökumətin istefası üçün mübarizəni davam etdirəcək.
Bundan əlavə, Saqatelyan əlavə edib ki, Paşinyan artıq Ermənistanda gücə sahib deyil, ölkə üzrə sərbəst hərəkət edə, siyasi qüvvələrlə işləyə və kilsəyə girə bilməz.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Paşinyan Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


