Nazir plagiat ittihamlarına görə istefa verdi

Nazir plagiat ittihamlarına görə istefa verdi
  10 Yanvar 2021    Oxunub:2033
Avstriyanın federal əmək, ailə və gənclər naziri Kristine Aşbaxer plagiat ittihamlarına görə vəzifəsindən istefa verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir magistr və doktor elmi işlərində plagiata yol verməkdə ittiham olunur. İddia edilir ki, o, bütöv hissə və fəsilləri digər müəlliflərin əsərlərindən köçürüb.

K.Aşbaxer isə bu ittihamları rədd edib. Bildirib ki, elmi işlərini müvafiq tələblərə uyğun şəkildə vicdanla hazırlayıb və Slovakiya Texniki Universitetinə təqdim etdiyi dissertasiya işində plagiata yol verilməsi barədə məlumat həqiqəti əks etdirmir.

Bununla belə, nazir şərəf və ləyaqətini qorumaq üçün tutduğu vəzifədən istefa vermək qərarına gəlib.

Azvision.az


Teqlər: Nazir   İstefa  



Xəbər lenti