“Prezidentlərlə görüşəndə içməyə məcbur oluram” - Lukaşenko

“Prezidentlərlə görüşəndə içməyə məcbur oluram” -  Lukaşenko
  10 Yanvar 2021    Oxunub:1626
Belarus Prezidenti Aleksandr Lukaşenko iki halda tünd spirtli içkilər qəbul etdiyini deyib.
Azvision.az xəbər verir ki, Lukaşenko içkiyə meyilli olmadığını, ancaq digər dövlət başçıları ilə toplandıqda içməyə məcbur qaldığını söyləyib.

"Praktik olaraq içən insan deyiləm. Ancaq prezidentlərlə görüşəndə kənarda qala bilmərəm. Buna görə bəzən bir az da olsa içməliyəm. Bu, qadın kollektivlərinə də aiddir. Orada da içkidən kənar gəzib, müqəddəs kimi görünməyəcəksiniz", - deyə Lukaşenko vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Lukaşenko   Belarus  



Xəbər lenti