Ərdoğan “WhatsApp”dan imtina etdi

   Ərdoğan “WhatsApp”dan imtina etdi
  11 Yanvar 2021    Oxunub:2781
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “WhatsApp” messencerindən istifadə etməkdən imtina edib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, “WhatsApp”ın konfidensiallıq siyasətini dəyişməsi qəbuledilməzdir. Türkiyə Prezident Administrasiyası bunun əvəzində “Turkcell Iletisim Hizmetleri” AS-yə məxsus BiP əlavəsindən istifadə etmək qərarına gəlib.

Qeyd edək ki, bir müddət əvvəl ‘WhatsApp” istifadəçilərinin şəxsi məlumatlarının "Facebook" sosial şəbəkəsində paylaşılacağı bildirilib. Bu isə etirazla qarşılanıb.

Azvision.az


Teqlər: Ərdoğan  



Xəbər lenti